Bəzi azəri partiyalar QMİ-nin buraxılmasını istəyiblər
Qafqaz Müsəlmanları İdarəsi sədrinin korrupsiyasının ifşa olunmasının ardınca bəzi azəri partiyalar bu idarənin buraxılmasını istəyiblər.
Azərbaycan Respublikasında Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Allahşükür Paşazadənin daim Rusiyadan asılı olduğunu iddia edərək, Qafqaz Müsəlmanları İdarəsinin buraxılmasını istəyib.
O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı son təbliğat hücumlarının arxasında Rusiyanın durması ehtimalını rədd edərək, deyib: Allahşükür Paşazadə həmişə Rusiyadan asılı olub.
Qafqaz Müsəlmanları İdarəsi bir dövlət orqanı olaraq, Azərbaycan Respublikasında məscidlərin durumu və xalqın dini adət-ənənələri sahəsində fəaliyyət göstərir.
Şeyxulislam Allahşükür Paşazadə 1987-ci ildən, yəni Azərbaycan Respublikasının istiqlaliyyətindən dörd il öncədən bəri Qafqaz Müsəlmanları İdarəsinə sədrlik edibdir. Allahşükür Paşazadə talış azlığından olmasına rəğmən, Əliyevlərin hakimiyyəti dövrlərində Azərbaycan Respublikası hakimiyyətində böyük rəğbət qazanıbdır.
Əlbəttə, ötən illərdə bəzi müvafiq və müxalif siyastəçilərin Paşazadəni Qafqaz Müsəlmanları İdarəsindən və Azərbaycan Respublikası hakimiyyətindən silmək üzrə səyləri uğursuz qalıbdır.