Zərif Bakıya səfər edib
İran İslam Respublikasının xarici işlər naziri bu gün cümə səhər Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olub. Məhəmməd Cavad Zərif Bakıda keçiriləcək "Asiyanın Ürəyi" adlı konfransda iştirak edəcək.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı həmkarı Elmar Məmmədyarovun dəvəti ilə Azərbaycana səfər edib.
Zərif "Asiyanın Ürəyi" konfransında iştirak və çıxış etməklə yanaşı, Azərbaycan Respublikasının xarici işlər naziri və konfransda iştirak edən bəzi ölkə rəsmiləri ilə görüşüb, danışıqlar aparacaq.
"Asiyanın Ürəyi" konfransı 2011-ci ildən bəri hər il region ölkələrindən birində keçirilir. Bu konfransın keçirilməsində məqsəd Əfqanıstanın təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması və problemlərinin həllinə yardım üzrə birgə əməkdaşlıqların genişləndirilməsidir.
"Asiyanın Ürəyi" konfransı bu gün cümə Bakıda işə başlayacaq. Azərbaycanın ev sahibliyi etdiyi bu konfransda İran İslam Respublikası, Əfqanıstan, Tacikistan, Pakistan, Çin, Rusiya, Hindistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri iştirak edir. Konfransa dəstək verən daha 17 ölkə və 12 beynəlxalq və regional təşkilatın nümayəndələri də "Asiyanın Ürəyi" konfransında iştirak edəcəklər.