Astara-Astara spartakiadası İran-AR əlaqələrinin genişlənməsinə bir zəmindir
https://azeri.sahartv.ir/news/azərbaycan-i295901-astara_astara_spartakiadası_İran_ar_əlaqələrinin_genişlənməsinə_bir_zəmindir
İran İslam Respublikasının Astara şəhrestanında İran və Azərbaycan Respublikası idmançılarının iştirakı ilə keçirilən "Astara-Astara" adlı ikinci spartakiada üstün komandaların təqdimatı ilə başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2018 09:43 Asia/Baku
  • Astara-Astara spartakiadası İran-AR əlaqələrinin genişlənməsinə bir zəmindir
    Astara-Astara spartakiadası İran-AR əlaqələrinin genişlənməsinə bir zəmindir

İran İslam Respublikasının Astara şəhrestanında İran və Azərbaycan Respublikası idmançılarının iştirakı ilə keçirilən "Astara-Astara" adlı ikinci spartakiada üstün komandaların təqdimatı ilə başa çatıb.

İran İslam Respublikasının Astara şəhrestanın İdman və Gənclər İdarəsinin direktoru "İnqilab" adlı idman kompleksində keçirilən bu yarışların bağlanış mərasimində deyib: Bu spartakiadada Azərbaycan Respublikasından on dörd və İran İslam Respublikasından iyirmi üç komanda formasında 500 idmançı karate, taekvondo və cüdo idman növlərində yarışıbdır.

Vəhid Xasipur əlavə edib: Taekvondo yarışlarında İranın Astara, Azərbaycan Respublikasının Lənkəran və İranın Ənzəli şəhərinin "Qayeqran" komandaları müvafiq olaraq, birinci-üçüncü yerləri tutublar.

O, sonra deyib: Cüdo yarışlarında Gilan-əlef, Əlborz-əlef və Azərbaycan Respublikasının "A" komandaları müvafiq olaraq, birinci-üçüncü yerlərdə durublar.

Karate yarışlarında isə İranın Astara yığması, Bakının seçmə komandası və Lahicanın UFK karatesi üzrə "Kyu-Kuşin" komandası birincidən üçüncüyədək olan yerləri bölüşüblər.

Azərbaycan Respublikasının Şotokan Karate Federasiyasının sədri isə deyib: Astara-Astara spartakiadasının keçirilməsi İran və Azərbaycan Respublikasının idman əlaqələrinin inkişafına zəmin yaradır və bu hərəkət davam etməlidir.

Nurəddin Quliyev İran İslam Respublikasının Astara şəhrestanın "İnqilab" idman kompleksində keçirilən Astara-Astara spartakiadasının bağlanış mərasiminin kənarında müxbirimizlə müsahibədə belə əlavə edib: Bu yarışlarda idmançılar bir-birilərinin təcrübələrindən istifadə etdilər və bu təcrübələr beynəlxalq arenalarda təsirli olacaqdır.

O, Astara-Astara spartakiadasının vəziyyətindən razılıq edərək, söyləyib: Azərbaycan Respublikasının Bakı, Lənkəran və Astara şəhərlərində iki ölkə spartakiadasının keçirilməsinə zəmin mövcuddur və Azərbaycan Respublikasının məsul şəxslərinin razılığı ilə bu məsələ reallaşacaqdır.