Azərbaycanın Tehrandakı səfiri: İranın sədrliyi ilə İƏT daha da aktivləşəcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i322424-azərbaycanın_tehrandakı_səfiri_İranın_sədrliyi_ilə_İƏt_daha_da_aktivləşəcək
Azərbaycan Respublikasının Tehrandakı səfiri İqtisadi Əməkdaşlıq Təşkilatına dövrü sədrliyin İran İslam Respublikasına təhvil verilməsi ilə bu təşkilatın daha aktivləşəcəyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2018 15:37 Asia/Baku
  • Azərbaycanın Tehrandakı səfiri: İranın sədrliyi ilə İƏT daha da aktivləşəcək
    Azərbaycanın Tehrandakı səfiri: İranın sədrliyi ilə İƏT daha da aktivləşəcək

Azərbaycan Respublikasının Tehrandakı səfiri İqtisadi Əməkdaşlıq Təşkilatına dövrü sədrliyin İran İslam Respublikasına təhvil verilməsi ilə bu təşkilatın daha aktivləşəcəyini deyib.

Bünyad Hüseynov çərşənbə axşamı İRİB-yə verdiyi müsahibədə deyib: İran İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafında, bu təşkilatın qurucusu olan 3 ölkədən biri kimi daim üzv ölkələr arasında əməkdaşlıqların genişləndirilməsində təsirli rola malik olub. 

İqtisadi Əməkdaşlıq Təşkilatının 23-cü nazirlər iclasında İrandan Hadi Süleymanipur bu təşkilatın yeni baş katibi seçilib və İƏT-in daimi üzvlərinin ilk iclası İranın baş katibliyi ilə çərşənbə axşamı Tehranda keçirilib.