May 07, 2020 12:21 Asia/Baku
  • Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın yüngül neftinin qiyməti mayın 6-da 29,47 dollar/barel təşkil edib

SaharAzeri beyn'lxalq mənbələrə istinadən xəbər verir, Azərbaycanın yüngül neftinin qiyməti mayın 6-da 29,47 dollar/barel təşkil edib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 6-da 29,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır.

Bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 28,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 26,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 23,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.

Teqlər