Helsinki Komissiyası Azərbaycan hakimiyyətini siyasi repressiyalara son qoymağa çağırıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i361686-helsinki_komissiyası_azərbaycan_hakimiyyətini_siyasi_repressiyalara_son_qoymağa_çağırıb
SaharAzeri Turana istinadən bildirir: Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker birgə bəyanat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2020 11:36 Asia/Baku
  • Helsinki Komissiyası Azərbaycan hakimiyyətini siyasi repressiyalara son qoymağa çağırıb

SaharAzeri Turana istinadən bildirir: Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker birgə bəyanat yayıb.

Bəyanatda deyilir: “Pandemiya dövründə sağlamlıqla bağlı tədbirlər siyasi motivli repressiyalara haqq qazandıra bilməz. Azərbaycan hökuməti cərimələr, həbslər, təqiblər, işgəncələr vasitəsilə öz xalqının söz, fikir və ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi barədə məlumatlardan dərin narahatlıq keçiririk. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri və başqa fəalların, reportyorların ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadəyə son qoymalıdır."

Bəyanatda son həftələrdə  Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) və müxalif “Azadlıq” qəzetinə bağlı şəxslərin həbs edilməsi, istintaqa cəlb edərək dindirilmələri, cərimələnmələri və işgəncələrə məruz qalmaları diqqətə çatdırılır, Koronavirusa qarşı mübarizə tədbirləri bəhanəsi ilə, AXCP sədrinə qarşı məhdudiyyətlərin tətbiq olunduğu bildirilir.