Qərargah: “Bayram namazı ilə bağlı məscidlərin açılması hələ qadağandır”.
https://azeri.sahartv.ir/news/azərbaycan-i361944-qərargah_bayram_namazı_ilə_bağlı_məscidlərin_açılması_hələ_qadağandır_.
Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən təşkil etdiyi mətbuat konfransında çıxış edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, Məscidlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2020 08:20 Asia/Baku
  • Qərargah: “Bayram namazı ilə bağlı məscidlərin açılması hələ qadağandır”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən təşkil etdiyi mətbuat konfransında çıxış edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, Məscidlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır.

SaharAzeri APA-ya istinadən xəbər verir: İ. Məmmədov deyib ki, növbəti həftə vəziyyətin necə olacağı məlum deyil: “Hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır. Hazırkı imkanlarımız bugünkü vəziyyəti idarə etməyə imkan verir. Əgər yoluxma artarsa, yenidən sərtləşmə ola bilər”.

İ. Məmmədov qeyd edib ki, xaricdən gələnlər arasında yoluxmaların səviyyəsi yüksəkdir, 20 faizə, hətta 30 faizə çatır: “Məsələn, Ukraynadan sonuncu gələn təyyarədə 120 nəfərdən 29-da testlər pozitiv olub. Deməli, təyyarədə gələnlərin hamısı karantinə götürülməlidir. Rusiyadan gələnlərin arasında isə yoluxma 20 faizdir”.