May 19, 2020 17:57 Asia/Baku
  • AXCP sədrinin cangüdəni həbs edilib

DİN-in mətbuat katibi Ehsan Zahidov bildirib ki, AXCP sədrinin cangüdəni Səid Məmmədzadə öz maşın yuma yerində vətəndaşa bıçaq xəsarətləri yetirməkdə ittiham olunur.

SaharAzeri Turana istinadla xəbər verir ki, DİN nümayəndəsinin iddiasına görə, Məmmədzadə əvvəllər insan oğurluğuna görə, ikinci dəfə isə soyğunçuluğa görə məhkum edilib.

Hazırda ona qarşı 221.3-cü maddə ilə xuliqanlıq ittihamı irəli sürülüb, o, məhkəmə qərarı ilə üç ay müddətinə həbs edilib.

Öz növbəsində, Xalq Cəbhəsi Partiyası cinayət işinin saxtalaşdırıldığını və Məmmədzadənin təqibinin siyasi motivli olduğunu bəyan edib.

AXCP-nin bildirdiyinə görə o, ictimai tədbirlərdə AXCP lideri Əli Kərimlinin cangüdənlərindən biri olub, onun təqib olunmasının səbəbi də məhz budur.

Teqlər