Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir sərəncam imzalayaraq, Əbülfəs Mürsəl oğlu Qarayevi Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edib.
SaharAzeri-nin verdiyi məlumata görə, Prezident İlham Əliyevin bu qərarı mayın 8-də Mədəniyyət Nazirliyində iki yüksək vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyat tədbirlərindən sonra verilib.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində araşdırmalar apararaq, nazirin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunu vəzifə səlahiyyətlərindən su-istifadə etdiklərinə görə saxlamışdı. Sonra həmin saxlanılan vəzifəli şəxslərə həbs qətimkan qərarı verilmişdi.