May 26, 2020 14:23 Asia/Baku
  • Azərbaycan Respublikasından elektrik enerjisi ixracı azalıb

Cari ilin ilk dörd ayında Azərbaycan Respublikasından elektrik enerjisi ixracı 29 faiz azalıb.

SəhərAzəri - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi bildirib ki, bu ölkə cari ilin ilk dörd ayında 34 milyon 300 min dollar dəyərində 744 milyon 800 min kilovat-saat elektrik enerjisi ixrac edibdir.

Bu miqdar ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz azdır.

Bu müddət ərzində  Azərbaycan Respublikasından eksport edilən elektrik enerjisinin həcmi 304 milyon yüz min kilovat-saat azalıbdır. Bu enerjinin dəyəri 10 milyon 800 min dollar olubdur.

Elektrik enerjisi ixracı Azərbaycan Respublikasının ümumi eksportunun 0,5, ölkənin qeyri-neft ixracının isə 6.3 faizini təşkil edir.

Bu ölkədən elektrik enerjisi ixracı "Azərenerji" qapalı səhmdar cəmiyyəti tərəfindən həyata keçirilir.

Teqlər