İyul 13, 2020 13:38 Asia/Baku
  • Azərbaycan R. və Ermənistan arasında sərhəd döyüşləri davam edir

Dünəndən Tovuz sərhəd bölgəsində başlanan Ermənistan hərbi qüvvələrinin Azərbaycan Respublikasının hərbi qüvvələri ilə döyüşləri dünən gecə də davam edibdir.

SəhərAzəri  xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün səhər bir məlumatda bildirib ki, Ermənistan ordusu Tovuz sərhəd rayonuna hücumla atəşkəsi pozub. Nəticədə 2 azəri hərbçi ölüb, beş nəfər də yaralanıbdır.

Məlumatda sonra deyilir: Ermənistanın hərbi qüvvələri artilleriya atəşinin himayəsi altında Azərbaycan Respublikasının qüvvələrinə hücum ediblər.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə, Ermənistanın hərbi qüvvələri də bu döyüşlərdə tələfat veriblər.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmçinin bildirib ki, iki ölkə qüvvələri arasında Tovuz rayonunda gedən döyüşlər dünən gecə yarısınadək də davam edib. Gecə döyüşlərində Azərbaycan Respublikası ordusunun ağır texnikası, o cümlədən artilleriyasının həssas hərbi nöqtələrdən birinə qarşı dəqiq atəşləri nəticəsində Ermənistanın qüvvələri, hərbi avadanlıqları və ağır texnikası hədəfə alınıb, amma erməni qüvvələr özlərinin indiyədək olan tələfatlarının miqdarı barədə xəbər yaymayıblar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi öz saytında bu xəbərlə yanaşı, Ermənistanın mühüm bir hərbi mərkəzinin məhv edilməsi haqda təsvirlər yayıbdır.

Digər tərəfdən, Bakı əhalisinin müxtəlif təbəqələri bir aksiyada iştirak edərək, Ermənistan hərbi qüvvələrinin iki ölkə arasındakı atəşkəsi pozmalarına, həmçinin azəri hərbçiləri öldürüb, yaralamalarına etiraz ediblər.

Azərbaycan Respublikası və Ermənistan 1988-ci ildən bəri Qarabağ bölgəsi üstündə münaqişədədirlər. Bu münaqişə nəticəsində Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon Ermənistan hərbi qüvvələrinin nəzarətinə keçibdir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə Press-Klub saytı ilə müsahibədə Qarabağ münaqişəsinin dinc həll yolları barədə belə deyib: Qarabağ böhranı uzun və təhlükəli bir böhrana çevrilib və bu münaqişəyə son qoymaq üzrə hər cür həll yolu İran və Rusiya da daxil olmaqla region ölkələrinin təşəbbüsü ilə dinc, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və bu barədəki BMT qətnamələrinə əsaslanan həll yolu olmalıdır.

 

Teqlər