İyul 13, 2020 19:50 Asia/Baku
  • Türkiyə və Rusiya Azərbaycan Respublikası-Ermənistan döyüşlərinə münasibət bildiriblər

Azərbaycan Respublikası və Ermənistanın/ bir qrup insanın ölməsi və yaralanması ilə nəticələnən münaqişəli Qarabağ bölgəsindəki döyüşləri Türkiyə xarici işlər naziri və Rusiya Xarici İşlər Nazirliyinin mövqe bildirmələrilə nəticələnib.

SəhərAzəri xəbər verir, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı bu döyüşlərin səbəbkarı adlandırıb və Bakının xeyrinə mövqe tutaraq, vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycan Respublikasının yanındadır.

Rusiya Xarici İşlər Nazirliyi isə bir açıqlamada regional təhlükəsizliyi hədələyən gərginliklərin şiddətlənməsini qəbuledilməz adlandırıb və Ermənistan ilə Azərbaycan Respublikası arasındakı hərbi döyüşlərdən nigarançılıq edərək, iki tərəfdən istəyibdir ki, döyüşlərdən çəkinsin və atəşkəsə sadiq qalsın.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1991-ci ildə hərbi qarşıdurmaya çevrilib. Nəticədə Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon erməni qüvvələrin nəzarətinə keçib.

1994-cü ilin mayından Qarabağ münaqişəsi tərəfləri arasında atəşkəs bərqərar olub, amma ATƏT-in Minsk Qrupunun bu münaqişənin həlli üzrə vasitəçiliyi indiyədək heç bir nəticə verməyibdir.

 

Teqlər