İyul 18, 2020 08:31 Asia/Baku
  • Bakı BMT qətnamələrinin icrasını istəyib

Azərbaycan Respublikasının xarici işlər naziri deyib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi barədəki qətnamələrinin icrası regionda davamlı sabitlik və təhlükəsizliyin bərqərarı üçün yeganə yoldur.

SəhərAzəri xəbər verir, Ceyhun Bayramov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siarto ilə görüşdə sonra belə deyib: BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq orqanların qərarları Emənistan qüvvələrinin Qarabağ bölgəsindən və ətraf yeddi rayondan çıxmalarını tələb edir.

Ermənistanı, bölgədəki gərgin vəziyyətin əsas amili adlandıran Bayramov bildirib ki, beynəlxalq orqanların Qarabağ münaqişəsi barədəki qərar və qətnamələri icra olunmayıb və bu münaqişənin həllində ikili standartlar müşahidə olunur.

Azərbaycan Respublikasının xarici işlər naziri həmçinin deyib: Azərbaycan Respublikası ərazilərinin bir hissəsi otuz ilə yaxındır ki, erməni qüvvələrin nəzarəti altındadır; buna görə, bölgəyə gərgin vəziyyət hakim kəsilibdir.

Macarıstanın xarici işlər və ticarət naziri də bildirib ki, ölkəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə edir.

Teqlər