Azərbaycan - Türkiyə birgə hərbi təlimlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i365200-azərbaycan_türkiyə_birgə_hərbi_təlimlər
Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən genişmiqyaslı təlimləri keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2020 13:06 Asia/Baku
  • Azərbaycan - Türkiyə birgə hərbi təlimlər

Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən genişmiqyaslı təlimləri keçiriləcək.

 SəhərAzəri xarici mənbələrə istunadla xəbər verir, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq Azərbaycan Respublikasında hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir açıqlamada bildirir ki, birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.
Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.