Azərbaycan Respublikasında dörd günlük bayram tətili başlayır
https://azeri.sahartv.ir/news/azərbaycan-i365283-azərbaycan_respublikasında_dörd_günlük_bayram_tətili_başlayır
Qurban bayramı ilə əlaqədar sabahdan Azərbaycan Respublikasında bayram tətili başlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2020 06:22 Asia/Baku
  • Azərbaycan Respublikasında dörd günlük bayram tətili başlayır

Qurban bayramı ilə əlaqədar sabahdan Azərbaycan Respublikasında bayram tətili başlayır.

SəhərAzəri Apa-ya istinadla xəbər verir, bayramla əlaqədar Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq.

Azərbaycanın Baş Naziri Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Avqustun 1-i şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Beləliklə, iyulun 31-i (cümə), avqustun 1-i (şənbə), 2-si (bazar) və 3-ü (bazar ertəsi) ölkədə 4 gün qeyri-iş günüdür.