Avq 04, 2020 18:23 Asia/Baku
  • Samir Şərifov İqtisadiyyatda azalmaların olduğundan danışıb

Azərbaycan Respublikasının Maliyyə naziri: “İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunub.”

SəhərAzəri Bakı mediasına istinadla xəbər verir, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib: “Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meylləri artırıb”.
"Bu ilin mart ayından pandemiya ilə bağlı karantin rejimi tətbiq edilib. Dövlət büdcəsinin icrası artıqlaması ilə yerinə yetirildə də, cari ilin altı ayında iqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunub", - deyə o, qeyd edib.

Teqlər