Avq 06, 2020 08:58 Asia/Baku
  • Azərbaycan R. Livana bir milyon dollar maliyyə yardımı ayırıb

Azərbaycan Respublikası Livana bir milyon dollar maliyyə yardımı ayırıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası hökumətinin mətbuat xidməti bildirib ki, Beyrutda baş vermiş son faciənin nəticələrinin aradan qaldırılması istiqamətində Livana humanitar yardımların göndərilməsi vacibliyinə görə, hökumətin ehtiyat fondundan bir milyon dollar ayrılıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də livanlı həmkarı Mişel Oun-a müraciətdə bu ölkənin xalqı və hökumətinin kədərinə şərik çıxıb.

Azərbaycan Respublikası prezidentinin başsağlığı müraciətində deyilir: Beyrutda baş vermiş güclü partlayış hadisəsinin dağıntıları və insan tələfatı xəbəri bizi kədərləndirdi. Bu çox çətin bir şəraitdə Azərbaycan Respublikası xalqının Livan xalqının kədərilə bölüşdüyünü nəzərinizə çatdırıram. Azərbaycan Respublikası bu hadisədən irəli gələn problemlərin aradan qaldırılmasına kömək etmək məqsədilə dost Livan ölkəsinə maliyyə yardımı göstərəcək.

Azərbaycan Respublikası prezidentinin müraciətinin davamında deyilir: Dərin hüznlə bu hadisə ilə bağlı sizə, hadisə qurbanlarının ailələrinə və Livan xalqına başsağlığı verir, hadisədə yaralananlara şəfa diləyirəm.

Dünyanın müxtəlif ölkələri çərşənbə günü müraciətlər verərək, Livanın xalqı və hökumətinin dərdinə şərik çıxıb və bu ölkəyə yardıma hazır olduqlarını bildiriblər.

Teqlər