Avq 11, 2020 16:30 Asia/Baku
  • Ceyhun Bayramov: “Ermənistan beynəlxalq qanunları rəsmən tanımır”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfəri zamanı deyib: “Ermənistan beynəlxalq qanunları rəsmən tanımır və öz işğalçı davranışlarını davam etdirir”.

SəhərAzəri xəbər verir, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib.

Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Həmçinin, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında təkbətək də görüşü keçirilib.

Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunub.

Görüşdən sonra Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı keçirib.

Ceyhun Bayramov Türkiyəy Azərbaycanın kənarında olduğu üçün təşəkkür edib və 12 iyul tarixində Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi növbəti hərbi təxribatla bağlı deyib: “Ermənistan beynəlxalq qanunları rəsmən tanımır və öz işğalçı davranışlarını davam etdirir”.

“Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bununla bağlı Azərbaycanın mövqeyi qətiyyətlidir və dəyişməzdir, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll edilməlidir”, -deyə Ceyhun Bayramov əlavə edib.

Teqlər