Azərbaycan Milli Məclisinin deputatı: ATƏT-in Minsk qrupu fəaliyyətində iflasa uğradığını etiraf etməlidir
Azərbaycan Respublikası Milli Məclisinin deputatı ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edib.
SəhərAzəri Azərtac-a istinadla xəbər verir, Azərtac Xəbər Agentliyinə açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, seperatçı Arutunyanın yeni terror aktı planları ilə bağlı səsləndirdiyi fikirlərə ATƏT-in Minsk qrupu və digər müvafiq beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Görünür, ATƏT-in Minsk qrupu öz missiyasını yalnız Ermənistan dara düşəndə tərəfləri sülhə çağırmaqla bitmiş hesab edir.
Babaoğlu vurğulayıb ki, bu cür davranışlara son qoyulmalıdır. Onsuz da gərgin olan regionumuzda növbəti təxribatların böyük müharibəyə çevrilməsi istisna deyil. İşğal faktı qaldıqca, müharibə riski də qalacaq. Vasitəçilik missiyası üçün BMT Təhlükəsizlik Şurasından mandat alan Minsk qrupu ya missiyasını yerinə yetirməli, ya da fəaliyyətində iflasa uğradığını etiraf etməlidir.