Avq 19, 2020 09:37 Asia/Baku
  • Azərbaycanın İraqdakı səfirliyindən Ermənistana qarşı sərt ittiham + Foto

Azərbaycanın İraqdakı səfirliyi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki məscidləri heyvan tövləsinə çevirdiyini bildirib.

SəhərAzəri xəbər verir, Azərbaycanın Bağdaddakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov “Nun” informasiya agentliyinə eksklüziv müsahibəsində bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi abidələri, məscidləri, qəbristanlıqları, müqəddəs məkanları dağıdır, təhqir edilir. 

Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi ərazilərində bəzi məscidləri heyvan tövləsinə çevirdiyi Azərbaycanın Bağdaddakı səfirliyinin yaydığı şəkillərdən də aydın olur.

Diplomat qeyd edib ki, Ermənilərin bu əməli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyası və “Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında” Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyası, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.

Teqlər