Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi
Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi
Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa edib.
Səhər Azəri bildirir ki, bu barədə Yeni Azərbaycan Partiyası məlumat yayıb.
YAP-dan verilən məlumata görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri cənab İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.
Qeyd edək ki, Siyavuş Novruzov bir müddət öncə AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etməklə pandemiya dövründə koronavirusla mübarizə qaydalarını pozduğu üçün ciddi ictimai qınaq ilə üzləşib.
Pandemiya dövründə toy mərasimində iştirak etməsinə görə YAP tərəfindən ciddi töhmət alan Siyavuş Novruzov inzibati qaydada 400 Azn məbləğində də cərimə olunub.