Avq 25, 2020 19:17 Asia/Baku
  • İlham Əliyev Rusiya Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev deyib: “Dəniz Kuboku” iştirakçı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək”

 

SəhərAzəri APA-ya istinadla xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib : “Bu gün Bakıda Ordu Oyunlarının bir hissəsi olan “Dəniz Kuboku” yarışı açılır. Bildiyiniz kimi, Azərbaycan ənənəvi olaraq Ordu Oyunlarında iştirak edir və ənənəvi olaraq “Dəniz Kuboku” yarışlarına ev sahibliyi edir. Düşünürəm ki, bu yarışlar bundan sonra da həmin yarışlarda iştirak edən bütün ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəkdir”.

 İlham Əliyev bildirib: “Bizim tankçılar tank biatlonunda iştirak edirlər. Bu, görüşmək və hərbi sahədə əməkdaşlığımızın perspektivi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır.

Rusiya  Müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir: “Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var.

 

Teqlər