İran-Azərbaycan əməkdaşlıqları çərçivəsində
İran və Naxçıvan fövqəladə hallarla birgə mübarizəni müzakirə etdilər
Sen 25, 2020 12:19 Asia/Baku
İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasına fövqəladə hallarla mübarizəyə dair əməkdaşlıqlar müzakirə olunub.
Səhər Azəri bildirir ki, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayevlə görüşüb.
Görüşdə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Nazir təbii və qeyri-təbii fəlakətlərlə əlaqəli bir sıra təlim tədbirlərinin keçirildiyini qeyd edib.
Ş.Abdullayev Rusiya ilə əməkdaşlıq nəticəsində təlim şöbələrinin yaradıldığını da vurğulayıb.
Nazir onu da bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi müasir avadanlıqlarla təchiz olunub.