İran-Azərbaycan ticarət əlaqələrinin inkişafı çərçivəsində
İrandan Azərbaycanda əmtəə ixracat artıb
İranın Astara dəmiryol terminalından Azərbaycana əmtəə ixracı iki dəfədən çox artıb.
Səhər Azəri bildirir ki, bunu İranın "Şimal-2" Dəmiryol İdarəsinin rəisi Qulamhüseyn Vələdi deyib.
Onun sözlərinə görə, bu il Astara dəmir yolu terminalı vasitəsilə Azərbaycana 104,226 min ton mal ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 109% çoxdur.
Q. Vələdi ötən gün jurnalistlərə açıqlamasında bu ilin birinci yarısında "Şimal-2" dəmir yolunda yüklənmiş malların həcmi barədə bildirib ki, qeyd edilən dövrdə buradan 643,517 min ton mal yüklənib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 101% çoxdur.
Q. Vələdi qeyd edib ki, hesabat dövründə Astara dəmiryol terminalından 203,218 min ton, yəni illik ifadədə 25% çox mal nəql edilib.
İdarə rəisi Astara terminalından Azərbaycana ixrac olunan əsas malları da qeyd edib: "Astara dəmiryol terminalından Azərbaycana ixrac olunan əsas məhsullar sırasına kimyəvi maddələr, kafel, təmizləyicilər, sement, məişət texnikası və dəmir daxildir".