Okt 06, 2020 13:46 Asia/Baku
  • Cəbrayılın təhsil statistikası açıqlanıb

Cəbrayıl rayonunun təhsil statistikası açıqlanıb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun təhsil statistikası barədə məlumat yayıb.

Məlumata deyilir ki, bu rayonda 1992-1993-cü tədris ilində 72 məktəb, 11 min 20 şagird və 1 582 müəllim olub.

2020-2021-ci tədris ilində isə məktəblərin sayı 41, şagirdlərin sayı 9 min 45 nəfər, müəllimlərin sayı isə 1 051 nəfər olubdur.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağ zonasında Azərbaycan Respublikası ilə Ermənistan arasında şiddətli döyüşlər gedir. Bu döyüşlər nəticəsində Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad olunub.

 

Teqlər