İlham Əliyev Türkiyə XİN başçısını qəbul edib
Okt 06, 2020 15:01 Asia/Baku
Çərşənbə axşamı Azərbaycan Respublikası prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, Çavuşoğlu Bakıya işgüzar səfərə gedib. Səfər çərçivəsində o, həmkarı Ceyhun Bayramovla da görüşəcək.
Onlar Dağlıq Qarabağdakı vəziyyəti, xüsusən Azərbaycan ordusunun Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi üzrə əməliyyatları müzakirə edəcəklər.