Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
"Ermənistana humanitar yardım adı altında raketlər daşınır"
Azərbaycan hökuməti Ermənistanı humanitar yardım adı altında bu ölkəyə raket daşımaqda ittiham edib.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin guya Ermənistana humanitar yardım gətirməsi adı altında bu kimi silah qaçaqmalçılığı həyata keçirilir. Burada, xüsusilə raket sistemlərinin və digər silahların daşınması həyata keçirilir
Bildirlir ki, bu məqsədlə Ermənistan hökumətinin qeydiyyatında olan təyyarələrdən və xarici ölkələrə səfər adı altında rəsmi səfərlərdən istifadə olunur. Halbuki Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir.