Son iki ayda Azərbaycan Respublikasında 25 min nəfər - İŞİNİ İTİRİB
İyul-avqust aylarında Azərbaycan Respublikasında iyirmi beş min nəfər iş yerini itirib.
SəhərAzəri FED.az-a istinadla xəbər verir, Bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məlumat verib. Komitənin bu gün açıqladığı məlumata görə, iki min iyirminci il sentyabrın biri vəziyyətinə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə əlli doqquz tam onda səkkiz min nəfər və ya üç tam onda yeddi faiz artaraq, bir milyon altı yüz yetmiş min doqquz yüz nəfər olubdur. Onlardan doqquz yüz iki min üç yüz nəfəri iqtisadiyyatın dövlət sektorunda, yeddi yüz altmış səkkiz min altı yüz nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu məlumata görə, Azərbaycan Respublikasının əmək bazarında əmək müqaviləsi ilə işləyənlərin sayı ilin əvvəlində kəskin artsa da, sonradan azalma müşahidə olunur. Belə ki, ilin əvvəlində işçilər üçün icazə sisteminin tətbiq edilməsi nəticəsində özəl sektor indiyədək açıqlamadığı işçilərini rəsmiləşdrməli olmuş, bu da özəl sektorda işçi sayı üzrə statistikanı artırmışdı. Sonradan isə pandemiyanın təsirləri davam etdikcə özəl sektorda ixtisarlar başlayıbdır. Təsadüfi deyil ki, işçi maaşlar üzrə biznesə dövlət dəstəyinin ikinci mərhələsində işçilərin ixtisarı ilə bağlı tələblər daha yumşaq olmuşdu.
Bildirilmişdi ki, əvvəlki mərhələdən fərqli olaraq, bu dəfə ixtisara yol verən bizneslər də dövlət dəstəyi alacaqlar. Sadəcə ixtisar müəyyən həddən – ümumi kollektivin iyirmi-otuz faizindən artıq olmamalıdır.
Maraqlıdır ki, bu dövrdə Azərbaycan Respublikasının dövlət sektorunda ixtisarlar daha böyük olub. İlin əvvəlində dövlət sektorunda doqquz yüz on iki min nəfər çalışsa da, iqtisadi dəstək tədbirləri ilə bu say artırılmış və may ayının sonunda doqquz yüz otuz min nəfərə çatmışdı. Amma bundan sonra ixtisar prosesi başlayıbdır.
Nəticədə iyun, iyul və avqust aylarında Azərbaycan Respublikasının dövlət sektorunda ümumilikdə iyirmi səkkiz min nəfər ixtisar edilib. Bu son illərin ən böyük göstəricisidir.
İyun ayında Azərbaycan Respublikasının özəl sektorunda işçı sayının artdığına görə, dövlət işçilərinin azalması, ümumi işçi sayında çox his olunmamaşdı. Amma iyuldan başlayaraq özəl sektorda da tədricən ixtisarlara başlanılıb. Nəticədə son iki ayda işçi sayının kəskin azalması baş verib – ölkə üzrə ümumi işçi sayı bir milyon altı yüz doxsan beş min nəfərdən bir milyon altı yüz yetmiş min nəfərə düşübdür.
Xatırladaq ki, son aylar Azərbaycan Respublikasında orta aylıq əmək haqqı da azalmaqdadır.