Bakıda əzadarlıq mərasimi + Video
Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəlik ofisində
SəhərAzəri xəbər verir, Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı, Həzrət İmam Həsən Muctəba(ə) və Həzrət İmam Rza(ə)-ın şəhadətlərinin əzadarlıq mərasimi keçirilib.
Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi/ Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı, həmçinin imamət və vilayət səmasının iki parlaq ulduzunun şəhadəti münasibətilə başsağlığı verərək, söyləyib: Allah Rəsulunun vəfatı ilə bütün İslam Ümməti əzadar oldu. Zira Həzrət Muhəmməd Mustəfa(s.ə.s.) bu ümməti bütpərəstlik və cahillikdən insanlığa, mənəviyyata və azadlığa doğru yönəltdi.
Mərasimdə İran İslam Respublikasının Bakıdakı səfirindən başqa, səfirliyin işçiləri, iranlı orqanların məsul şəxsləri və onların ailələri iştirak ediblər.