Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfi təkzib edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i368810-azərbaycan_müdafiə_nazirliyi_erməni_tərəfi_təkzib_edib
Azərbaycan Müdafiə Nazirliyi ermənilərə aid yaşayış məntəqələrinin atəşə tutulması xəbərini təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2020 06:15 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfi təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi ermənilərə aid yaşayış məntəqələrinin atəşə tutulması xəbərini təkzib edib.

SəhərAzəri Sputnik.az-a istinadla xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, Xankəndi və Xocavənd rayonlarının artilleriya atəşinə tutulması barədə məlumat doğru deyil. Nazirlik qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.Bildirilib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.Müdafiə Nazirliyi həmçinin Ermənistan tərəfinin daha bir iddiasını təkzib edib.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən mediaya verilən açıqlamada deyilir ki, Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.Qeyd edilib ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.