Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i369491-qarabağ_və_ətraf_rayonlardakı_67_məscidin_63_ü_tamamilə_dağıdılıb
Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən məscidlər ötən işğalda qaldıqları müddətdə dağıdılaraq yararsız hala salınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 12, 2020 09:52 Asia/Baku
  • Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb

Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən məscidlər ötən işğalda qaldıqları müddətdə dağıdılaraq yararsız hala salınıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə
, Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Sosial şəbəkələrdə yayılan videolardan aydın olur ki, ermənilər bir çox hallarda məscidləri donuz tövləsinə çevirərək müsəlmanların dini inancına hörmətsizlik ediblər.

Bu məlumatlar “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihənin həyata keçirilməsi nəticəsində əldə edilib.

Azərbaycan Respublikasının prezidenti noyabrın 8-də verdiyi açıqlamada Dağlıq Qarabağda və işğaldan azad edilmiş bütün ərazilərdə məscidlərin bərpa olunacağını və 28 ildən sonra Şuşadan azan səsinin ucalacağını vəd etmişdir.