Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması barədə məlumat yalandır
https://azeri.sahartv.ir/news/azərbaycan-i369591-azərbaycanın_rusiyadakı_səfirinin_geri_çağırılması_barədə_məlumat_yalandır
Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2020 10:09 Asia/Baku
  • Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması barədə məlumat yalandır

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bu barədə bildirilib ki, "Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd olunub.