Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin mənfi saldosu 18%-dən çox azalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i369651-azərbaycanın_rusiya_ilə_ticarət_dövriyyəsinin_mənfi_saldosu_18_dən_çox_azalıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,195 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 245,536 mln. dollar və ya 10,1% azdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2020 14:13 Asia/Baku
  • Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin mənfi saldosu 18%-dən çox azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,195 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 245,536 mln. dollar və ya 10,1% azdır.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, hesabat dövründə ixracın həcmi 4,519 mln. dollar və ya 0,8% azalaraq 565,560 mln. dollar, idxalın həcmi isə 241,018 mln. dollar və ya 12,9% azalaraq 1,629 mlrd. dollar təşkil edib.

Nəticədə, cari ilin on ayında 1,063 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 236,499 mln. dollar və ya 18,2% azalıb.