Azərbaycan Respublikası Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i369997-azərbaycan_respublikası_ordusunun_bölmələri_kəlbəcər_rayonuna_daxil_olub
Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Noy 25, 2020 05:58 Asia/Baku
  • Azərbaycan Respublikası Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

SəhərAzəri Apa-ya istinadla xəbər verir, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  Azərbaycan Ordusunun bölmələrinin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.