Noy 26, 2020 19:32 Asia/Baku
  • Azərbaycan Respublikası Fransaya nota verib

Noyabrın 26-da Fransanın Azərbaycan Respublikasındakı səfiri Zakari Qros bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri Report-a istinadla xəbər verir, görüşdə bu ilin 25 noyabr tarixində Fransa Senatı tərəfindən “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notasını səfirə təqdim edilib.

Beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə zidd olan Senatın bu qətnaməsi ilə bağlı qəti etiraz Fransa səfirinin diqqətinə çatdırılıb.

Fransa səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

Teqlər