Dek 05, 2020 07:00 Asia/Baku
  • Fransa səfiri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb

4 dekabr 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

SəhərAzəri IRNA xəbər agentliyindən verilən məlumata istinadən xəbər verir, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu barədə məlumat verib ki, 4 dekabr 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası verilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb. 

Qeyd edək ki, Senatın ötən həftə "Dağlıq Qarabağın tanınmasının zəruriliyinə dair" adlı qətnamə qəbul etməsi ilə bağlı da Azərbaycan Fransaya etiraz notası vermişdi. 

Ancaq siyasi ekspertlər, Senatın və Fransa Milli Məclisinin bu qərarlarının tövsiyə səviyyəsində olduğunu və heç bir icra gücünün olmadığını düşünürlər. Fransa parlamenti, qanunverici orqan olaraq, Milli Məclis və Senatdan ibarətdir.

Teqlər