Azərbaycanda hərbi vəziyyət ləğv edildi
Dek 07, 2020 20:30 Asia/Baku
Azərbaycan Respublikasında sentyabrın 27-də elan olunan hərbi vəziyyət, ləğv olunur.
SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikası Milli Məclisinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin dekabrın 11-də keçiriləcək növbəti iclasında 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasında hərbi vəziyyət sentyabrın 27-də elan olunmuşdu.