Dek 19, 2020 22:02 Asia/Baku
  • Rusiya FHN tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisinə növbəti humanitar yük çatdırılıb

Rusiya Federasiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə növbəti humanitar yük çatdırılıb.

SəhərAzəri Bakı xəbər agentliklərinə istinadən xəbər verir, Rusiya FHN-in Dağlıq Qarabağdakı qrupunun rəhbəri Vadim Qarşin jurnalistlərə açıqlamasında bildirib ki, hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş sakinlərə sosial əhəmiyyətli obyektlərin, mənzillərin və obyektlərin bərpası üçün zəruri olan tikinti materialları çatdırılıb.

Qarşin əlavə edib: "Ümumi çəkisi 1200 tondan çox olan 54 vaqon humanitar yükün qəbulunu, boşaldılmasını və əhaliyə çatdırılmasını planlaşdırırıq".

Teqlər