"TIME" jurnalı 2020-ci il üzrə "İlin 100 fotosu"nu dərc edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i370957-time_jurnalı_2020_ci_il_üzrə_İlin_100_fotosu_nu_dərc_edib
Ermənilərin Azərbaycan Respublikasının Bərdə şəhərinə atdığı raket nəticəsində həlak olanların fotosu "TIME" jurnalının 2020-ci il üzrə "İlin 100 fotosu"na daxil edilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 19, 2020 19:29 Asia/Baku

Ermənilərin Azərbaycan Respublikasının Bərdə şəhərinə atdığı raket nəticəsində həlak olanların fotosu "TIME" jurnalının 2020-ci il üzrə "İlin 100 fotosu"na daxil edilib.

SəhərAzəri xarici xəbər agentliklərinə istinadən xəbər verir, "TIME" jurnalı 2020-ci il üzrə "İin 100 fotosu"nu dərc edib. 2020-ci ilin 100 fotosu arasında oktyabrın 28-də Ermənistan hərbi qüvvələrinin Azərbaycan Respublikasının Bərdə şəhərinə atdığı kasetli bomba nəticəsində həlak olan Fuad İsmayılovun və onun bacısının yer aldığı foto da var. 

Fotonun müəllifi "New-York Times"in fotoqrafı Ivor Prickettdir.

Xatırladaq ki, oktyabrın 28-də erməni hərbçilərinin Azərbaycan Respublikasının Bərdə şəhərinnin mərkəzinə atdığı raket 21 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.