Dek 22, 2020 08:19 Asia/Baku
  • Azərbaycan Respublikasının baş nazir müavini bu gün İrana səfər edəcək

İran İslam Respublikasının Bakıdakı səfiri Azərbaycan Respublikasının baş nazir müavininin Tehrana səfərindən xəbər verib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Bakıdakı səfiri Seyyed Əbbas Mousəvi bazar ertəsi günü bir tvittdə yazıb ki, Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev çərşənbə axşamı günü iqtisadi bir heyətlə Tehrana səfər edəcək.

Mousəvi sonra yazıb: Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun və bu ölkənin bir neçə məsul şəxsinin də iştirak etdikləri bu səfərdə su, elektrik və energetika sahələri xüsusiyyət təşkil etməklə Tehran-Bakı əməkdaşlıqlarının son durumu ətrafında söhbət edilib, fikir mübadiləsi aparılacaq.

Teqlər