Dek 28, 2020 08:49 Asia/Baku
  • Bu həftə Azərbaycan Respublikasında 5 günlük tətil başlayır

Bu həftə Azərbaycan Respublikasında Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının təqvimində dekabrın 31-i rəsmi tətil günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.
Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.
Beləliklə, Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

Teqlər