Dek 28, 2020 14:30 Asia/Baku
  • Dağlıq Qarabağda Azərbaycan Respublikasının bir əsgəri öldürüldü

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib: Erməni silahlı qrupu Xocavənddə Azərbaycan Ordusunun bölmələrinə hücum edib, bir əsgər ölüb, Ermənistanın altı hərbçisi də Azərbaycan Ordusu tərəfindən öldürülüb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib ki, Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycan Respublikasının Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə Azərbaycan Respublikasının bir nəfər hərbi qulluqçusu öldürülüb, daha bir əsgər isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikası prezidenti İlham Əliyev Qarabağ bölgəsində atəşkəsə nəzarət mərkəzinin yaradılmasından xəbər verib.

Teqlər