Dek 29, 2020 08:07 Asia/Baku
  • AR Müdafiə Nazirliyi: Dağlıq Qarabağ müharibəsində öldürülən 2823 hərbçi dəfn olunub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsində ölən hərbçilərlə bağlı növbəti məlumatı açıqlayıb.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Dağlıq Qarabağ münaqişəsində öldürülən hərbi qulluqçularından dekabrın 28-dək dəfn edilən 2823 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

Müdafiə Nazirliyi qeyd edib ki, hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlər davam etdirilir.

Teqlər