Dek 31, 2020 14:56 Asia/Baku

Azərbaycan Respublikasının Rusiyadakı səfiri bildirib ki, Dağlıq Qarabağdakı cüzi təxribat halları bu ölkə, Rusiya və Ermənistan arasındakı bu bölgədə sülh və atəşkəs haqqındakı üçtərəfli sazişin həyata keçirilməsinə mane ola bilməz.

SəhərAzəri xəbər verir, Polad Bülbüloğlu Rusiyanın "RİA Novosti" informasiya agentliyinə müsahibəsində əlavə edib: Bəzi silahlı dəstələr hələ də Dağlıq Qarabağda revanş fikrindədirlər. Bu da səbatsızlığa səbəb olaraq, qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir.

Polad Bülbüloğlu qeyd edibdir ki, ümumiyyətlə, Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur və bu atəşkəsin cüzi şəkildə pozulması halları baş veribdir.

O, belə qeyd edib: Bölgədə yerləşən Rusiya sülhməramlılarının fəal iştirakı və Azərbaycan Respublikası qüvvələrinin koordinasiyası ilə dekabrın onunda Xocəvənd rayonunun kəndlərində təxribatın qarşısı alındı.

Onun sözlərinə görə, hazırda bölgədə iqtisadi və nəqliyyat proqramlarının reallaşdırılması üçün yaxşı fürsətlər yaranıb və Azərbaycan Respublikası Dağlıq Qarabağda azad edilmiş rayonların bərpası prosesinə başlayıbdır.

Teqlər