Rəsmi Bakı Azərbaycan Respublikasında Türkiyəyə hərbi baza veriməsi xəbərini təkzib etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i371812-rəsmi_bakı_azərbaycan_respublikasında_türkiyəyə_hərbi_baza_veriməsi_xəbərini_təkzib_etdi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib: "Azərbaycanın 3 şəhərində Türkiyə hərbi bazalarının qurulacağı barədə xəbərlər həqiqəti əks etdirmir".
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 09, 2021 07:06 Asia/Baku
  • Rəsmi Bakı Azərbaycan Respublikasında Türkiyəyə hərbi baza veriməsi xəbərini təkzib etdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib: "Azərbaycanın 3 şəhərində Türkiyə hərbi bazalarının qurulacağı barədə xəbərlər həqiqəti əks etdirmir".

SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (MN) bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

AR MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb: "Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir".