Yan 10, 2021 10:53 Asia/Baku
  • AR XİN Ermənistana xəbərdarlıq edib

Azərbaycan Respublikasının xarici işlər nazirliyi bir bəyanatda Ermənistanı Dağlıq Qarabağ bölgəsindəki təxribatçı hərbi fəaliyyətinə son qoymağa çağırıb.

SəhərAzəri xəbər verir, Ermənistan hərbçilərindən ibarət olan qrupların Dağlıq Qarabağda azad edilmiş bölgələrdəki fəaliyyətlərinə toxunan Azərbaycan Respublikasının xarici işlər nazirliyi bildiribdir ki, İrəvan tərəfindən məqsədyönlü şəkildə bu bölgələrdə yerləşdirilmiş 62 təxribatçı ermənidən ibarət qrup saxlanılıbdır.

Bəyanatda deyilir: Ermənistan tərəfindən göstərilən bu məqsədyönlü təhrikedici fəaliyyətlər Dağlıq Qarabağa dair sazişi və beynəlxalq qanunları kobud surətdə pozaraq, bu ölkənin Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzkar siyasətinin aşkar şəkildə davam etdirilməsi deməkdir.

Teqlər