Rusiya, Azərbaycan Respublikası və Ermənistan liderləri görüşüblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i371912-rusiya_azərbaycan_respublikası_və_ermənistan_liderləri_görüşüblər
Bu Gün Rusiya və Azərbaycan Respublikası prezidentləri ilə Ermənistanın baş naziri Moskvada görüşüb, fikir mübadiləsi aparıblar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 11, 2021 16:21 Asia/Baku
  • Rusiya, Azərbaycan Respublikası və Ermənistan liderləri görüşüblər

Bu Gün Rusiya və Azərbaycan Respublikası prezidentləri ilə Ermənistanın baş naziri Moskvada görüşüb, fikir mübadiləsi aparıblar.

SəhərAzəri xəbər verir, Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikası prezidenti İlham Əliyev Qarabağda atəşkəsə dair müqavilənin necə icrası olunması və regionda davamlı sülhün əldə edilməsi yollarını müzakirə ediblər. 

Sülh sazişinin müddəalarına riayət olunması, Ermənistan və Azərbaycan Respublikasının humanitar yardımın göndərilməsində əməkdaşlığı, əsirlərin mübadiləsi, iqtisadi əlaqələrin bərpası və Ermənistan və Azərbaycanın kommunikasiya xətlərində nəqliyyatın təhlükəsizliyi danışıqlarda müzakirə olunan digər mövzular olubdur.

Vladimir Putin hər iki liderlə Qarabağla bağlı aparılan görüşün vacib və faydalı olduğunu deyib. 4 saat davam edən görüşdən sonra Qarabağın inkişafı ilə bağlı bəyanat imzalanıb.