Yan 11, 2021 20:48 Asia/Baku
  • Rusiya, Azərbaycan və Ermənistan birgə bəyanat imzalayıb

Rusiya prezidenti Vladimir Putin deyib ki, onun Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danıqşıalrının nəticəsi olaraq Qarabağın inkişafına dair birgə bəyanat imzalanıb.

SəhərAzəri RIA Novosti agentliyinə istinadən xəbər verir, Putin əmin olduğunu bildirib ki, Qarabağa dair yanvarın 11-də imzalanmış birgə bəyanat həm Azərbayca, həm də Erməni xalqlarına fayda verəcək.
O əlavə edib ki, bu razıalşma Rusiyanın da marağındadır.
Rusiya prezidenti xatırladıb ki, Dağlıq Qarabağda atəşkəs razılaşmasına əməl olunur və hazırda ciddi insidentlər baş verməyib.
Putin Əliyev və Paşinyana Moskvaya gəlmək üçün razılıq verdiklərinə görə təşəkkürünü bildirib.
Birgə bəyanatda nə deyilir?
Birgə bəyanatda deyilir ki, tərəflər 9 noyabr 2020-ci il tarixli birgə bəyantın 9-cu maddəsinin həyata keçirilməsinə dair Vladimir Putinin üçtərəfli işçi qrupunun yaradılması barədə təklifini qəbul ediblər.
9-cu maddədə regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasından bəhs olunur.
Bəyantda deyilir ki, birgə işçi qrupuna Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri rəhbərlik edəcəklər. Onlar sənəddə həmsədrlər adlandırılır.
Sözü gedən işçi qrup yanvarın 30-dək 9-cu maddənin icrasından irəli gələn məsələləri müəyyənləşdirmək üçün ilk iclasını keçirməlidir.
Birgə bəyanatda bu da qeyd olunur ki, işçi qrupun həmsədrləri fəaliyyət istiqamətləri üzrə ekspert qrupları yaradacaqlar.
Ekspertlərin bəyanat tərəflərinin dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacağı göstərilir.
“Ekspert” alt qrupları birinci iclasdan bir ay sonra layihələrin və onların icrası və təsdiqi üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim etməlidirlər.
İşçi qrup 2021-ci il martın 1-dək Azərbaycandan və Ermənistandan keçən beynəlxalq daşımaların yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün bərpası və tikinitisi nəzərdə tutulan nəqliyyat kommunikasiyası obyektlərinin işə salınması istiqamətində zəruri tədbirlərin siyahısının və qrafikinin üç ölkə arasında yüksək səviyyədə təsdiqlənməsi üçün təqdim etməlidir.

Teqlər