Yan 12, 2021 15:13 Asia/Baku
  • Moskva, Bakı və İrəvan Dağlıq Qarabağa dair razılaşmanın icrasını vurğulayıblar

Rusiya, Azərbaycan Respublikası və Ermənistanın dövlət başçıları Dağlıq Qarabağa dair razılaşmanın icrasını vurğulayıblar.

SəhərAzəri xəbər verir, Dağlıq Qarabağa və Azərbaycan Respublikası ilə Ermənistan arasındakı son razılaşmaya həsr olunmuş üçtərəfli iclasın təşkilatçısı olan Rusiya prezidenti Vladimir Putin deyib: Belə nəticəyə gəldik ki, Qarabağ razılaşmasının maddələrinə riayət edilir və ciddi bir problem yoxdur.

Rusiya və Azərbaycan Respublikası prezidentləri bazar ertəsi Moskvada keçirilən görüşdən sonra Ermənistanın baş naziri ilə birlikdə mətbuat konfransında iştirak ediblər.

Rusiya prezidenti əlavə edib: "Razılığa gələ bildik və bölgədəki vəziyyətlin gedişatı ilə bağlı bir bəyanat imzaladıq".

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu birgə mətbuat konfransında bildirib ki, Qarabağa dair razılaşma yerinə yetirilir.

Belə bir halda, Putin və Əliyevin əksinə olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan deyibdir ki, bu münaqişə hələ həll olunmayıb. O, söyləyib ki, atəşkəsin təmin edilməsi imkanı yaransa da hələ həllolunası bir çox məsələlər durur.

Sülh razılaşmasının maddələrinə riayət, humanitar yardımların göndərilməsi sahəsində Ermənistan və Azərbaycan Respublikasının həmkarlığı, əsirlərin dəyişdirilməsi, iki ölkənin əlaqə yollarında nəqliyyat təhlükəsizliyi və iqtisadi münasibətlərin bərpası, üç ölkə liderlərinin müzakirələrində bəhs olunan istiqamətlərdən olubdur.

Teqlər