Lavrov bildirib:
“Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının mandatı məsələsi həll olunur”
Rusiya xarici işlər naziri bildirib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur.
SəhərAzəri Baki xəbər agentliklərinə istinadən xəbər verir, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mandatı məsələsi həll olunur.
Onun sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli razılaşmasının predmeti olmalıdır.
"Bu barədə 11 yanvar Moskva görüşündə də qeyd olunub. Bildirim ki, nə 9 noyabr üçtərəfli bəyanatında, nə də 11 yanvar razılaşmasında heç bir gizli bənd yoxdur", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Yanvarın 15-də Şuşa şəhərinə səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, Dağlıq Qarabağda özünü "siyasətçi" adlandıran bəziləri yenə də baş qaldırmağa çalışırlar: "Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın...".
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə bu günlər Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanmalı olduğunu bildirib. Mevlüt Çavuşoğlu ayrıca olaraq Laçın dəhlizi ilə bağlı bəzi məqamlara toxunub: "Əsas məsələ rusların Laçın dəhlizində gediş-gəlişə icazə verilməsindəki roludur. Bunun icazəsi Azərbaycandan alınmalıdır..."